Xəbər axtarın

Son axtarış nəticələri:

İtaliyada bomba hədələrinə görə 300-ə yaxın məktəb təxliyə edilib

11.11.2026 16:26

İtaliyada bomba hədələrinə görə 300-ə yaxın məktəb təxliyə edilib

İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub.

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

İtaliyanın təhsil naziri Cüzeppe Valditara “La7” telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunlu elektron məktub ölkənin müxtəlif bölgələrindəki təhsil müəssisələrinə göndərilib. Onun sözlərinə görə, təxliyə edilən məktəblərin sayı arta bilər.

Romadakı məktəblərdən biri valideynlərə göndərdiyi məlumatda bütün şagirdlərin təhlükəsiz əraziyə çıxarıldığını və müəllimlərin nəzarəti altında olduqlarını bildirib.

Hökumətdəki mənbənin “Reuters“ə verdiyi məlumata görə, təhdid məktubu özünü “Misoginistan Vilayətinin lideri Mixail Andropov” kimi təqdim edən şəxs tərəfindən imzalanıb.

Hazırda İtaliya polisi hadisə ilə bağlı araşdırma aparır.

Paylaş: