
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən Primeinfo-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çoxdur.
Ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 faiz azalaraq 35 milyard 229,1 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,9 faiz artaraq 80 milyard 701,4 milyon manata çatıb.