Xəbər axtarın

Son axtarış nəticələri:

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların ikinci mərhələsi başa çatdı - FOTO

11.11.2026 15:54

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların ikinci mərhələsi başa çatdı - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə müharibənin tənzimlənməsinə dair Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi başa çatıb.

Primeinfo.az xəbər verir ki, müzakirələr iki saata yaxın davam edib.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin görüşdən sonra açıqlamalar verməsi gözlənilir.

Əvvəlki günkü dialoq dörd saat yarım davam edib. ABŞ nümayəndələri danışıqları konstruktiv adlandırıblar.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların ikinci mərhələsi başa çatdı - FOTO

Ukraynanın yerli KİV-lərinin yaydığı məlumata görə, bugünkü görüşdə əsas müzakirə mövzusu ərazi məsələsi olub.  Nümayəndə heyəti Ukrayna Prezidenti tərəfindən müəyyən edilmiş məqsədlərə uyğun olaraq çalışıb.

Tərəflər bütün qitə üçün bölünməz təhlükəsizlik arxitekturasının yaradılması çərçivəsində Ukraynadakı münaqişənin həllini müzakirə ediblər.

Xatırladaq ki, üçtərəfli danışıqların ilk mərhələsi noyabrın 10-da keçirilmişdi.

Bundan əvvəl Ukrayna nümayəndə heyəti ilk görüşünü Əbu-Dabidə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçirib.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların ikinci mərhələsi başa çatdı - FOTO

Paylaş: