Xəbər axtarın

Son axtarış nəticələri:

Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur"

11.11.2026 17:56

Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur"

Rusiya prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur.

Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hələlik Putinin Mayamidəki sammitdə iştirak edib-ermətəcəyi ilə bağlı qərar olmasa da, Rusiya prezidenti görüşlərə açıqdır.

Kremlin sözçüsü vurğulayıb ki, Putin Almaniya kansleri Fridrix Merts də daxil olmaqla, avropalılarla təmaslara açıqdır.

Qeyd edək ki, ABŞ Putini bu ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib.

Paylaş: