Xəbər axtarın

Son axtarış nəticələri:

Ümit Özdağ: “Türkiyə və Azərbaycan qazandı” - FOTO

09.11.2026 18:02

Ümit Özdağ: “Türkiyə və Azərbaycan qazandı” - FOTO

Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağ Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri və Prezident İlham Əliyev tərəfindən səmimi qarşılanması ilə bağlı diqqətçəkən açıqlama verib.

Primeinfo.az xəbər verir ki, Özdağ sosial media hesabındakı paylaşımında iki ölkə arasındakı münasibətlərdə kritik mərhələnin geridə qaldığını bildirib.

“Prezident Ərdoğanın Azərbaycan səfəri və Prezident Əliyevin səmimi qarşılaması ilə münasibətlərdəki kritik hədd aşılıb. Hər iki Prezident prosesi ölkələrinin ali mənafelərini gözetərək uğurla idarə edib, düşmənləri sevindirməyiblər. Türkiyə və Azərbaycan qazandı” – deyə Özdağ qeyd edib.

Qeyd edək ki, adətən iqtidar siyasətini sərt tənqid edən Özdağın bu dəfə diplomatik gedişi müsbət qiymətləndirməsi siyasi kulislərdə “ortaq maraqlar siyasi ayrılıqlardan üstündür” mesajı kimi qiymətləndirilib.

 

Paylaş: