Xəbər axtarın

Son axtarış nəticələri:

Özgür Özəl İlham Əliyevi təbrik edib

09.11.2026 15:06

Özgür Özəl İlham Əliyevi təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib.

Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunub.

 

Paylaş: