Xəbər axtarın

Son axtarış nəticələri:

Astarada mikroavtobus aşıb, çoxlu yaralı var - YENİLƏNİB

11.11.2026 13:42

Astarada mikroavtobus aşıb, çoxlu yaralı var - YENİLƏNİB

Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

12.23

Astarada idarəetməni itirən mikroavtobus aşıb.

Hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-dan çox sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.

Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: