Xəbər axtarın

Son axtarış nəticələri:

İrandan Azərbaycana 34 kq narkotik keçirmək istədilər, tutuldular

11.11.2026 12:30

İrandan Azərbaycana 34 kq narkotik keçirmək istədilər, tutuldular

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş: