
Türkiyəli müğənni Ebru Gündeş bu dəfə lüks aksessuarı ilə diqqət çəkib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, 51 yaşlı sənətçinin son fotolarında biləyində görünən saatın təxminən 7,5 milyon türk lirəsi dəyərində olduğu iddia edilir.
Dünyaca məşhur markalardan birinə məxsus olduğu deyilən saatın qiymətinin lüks avtomobilin, hətta bəzi bölgələrdə evin dəyərinə bərabər olduğu bildirilir.
Bununla belə, aksessuarın markası və konkret modeli barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Son aylarda arıqlaması və xarici görünüşündəki dəyişikliklərlə də gündəmə gələn Gündeşin təxminən 10 milyon türk lirəsi dəyərində üzgərmə əməliyyatı keçirdiyi də iddia olunmuşdu.
Müğənninin son fotoları həm görünüşü, həm də bahalı saatı ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.