Xəbər axtarın

Son axtarış nəticələri:

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO

10.11.2026 15:28

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz COP31 çərçivəsində Antalyada qurulan Azərbaycan pavilyonunu ziyarət edib.

Primeinfo.az xəbər verir ki, vitse-prezident burada Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb, pavilyonla yaxından tanış olub.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Cevdet Yılmaz COP31-in təşkili ilə bağlı hazırlıq işlərində Azərbaycanın COP29 təcrübəsinin Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını bildirib və bu prosesdə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO

Paylaş: