
Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsinə dair Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Danışıqlar sabah, noyabrın 11-də davam edəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Danışıqların ilk gününün nəticələri barədə heç bir məlumat verilməyib.
Əbu-Dabidəki danışıqların əsas prioritetləri hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik zəmanətləri, Ukraynanın iqtisadi bərpası və inkişafı, humanitar tədbirlərdir.
Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov rəhbərlik edir.
***
12:27
Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Ukrayna arasında Əbu-Dabidə üçtərəfli danışıqlara start verilib.
Primeinfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, görüş mətbuat nümayəndələri üçün qapalıdır.

Rusiya tərəfindən nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir. Ukraynanın danışıqlar qrupunun rəhbəri isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerovdur.
Qeyd edək ki, bu üç dövlətin danışıqlar üzrə nümayəndə heyətləri bundan əvvəl fevral ayının 18-də Cenevrə şəhərində bir araya gəlmişdilər.
