Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Maaş

Anar Bayramov: "Həkimlərin maaşı 3000 manat olacaq"

Anar Bayramov: "Həkimlərin maaşı 3000 manat olacaq"

Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda, fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.

Nazirliklər işçi axtarır: 4 min manata yaxın maaş

Nazirliklər işçi axtarır: 4 min manata yaxın maaş

Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var. Primeinfo.az Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib. Primeinfo.az xəbər verir ki,dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək. Qaydalara əsasən, “ASAN xidmət” mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək.

Gecikdirilmiş 378,3 min manat işçilərə ödənilib - DƏMX

Gecikdirilmiş 378,3 min manat işçilərə ödənilib - DƏMX

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 378,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Primeinfo.az-a DƏMX-dən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 93 %-i əməkhaqqı, 7 %-i isə müavinət və kompensasiya, zərərə görə ödənclər olub.

"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab

"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab

“Space TV” əməkdaşlarının 2026-cı ilin mart və aprel üzrə gecikmiş əməkhaqları tam həcmdə ödənilib”. Primeinfo.az xəbər verir ki, bu barədə “Space TV” məlumat yayıb. Bildirilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil.

“Ən yüksək əmək haqqı bu sahədədir” – Vüqar Bayramov

“Ən yüksək əmək haqqı bu sahədədir” – Vüqar Bayramov

“Azərbaycanda orta aylıq əmək haqqı məbləği 1151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artıb. Həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir”.

"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVAB

"Azərişıq"da maaşlar gecikir? - Qurumdan iddialara CAVAB

“Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satış İdarəsində çalışan bəzi əməkdaşların əməkhaqlarını vaxtında ala bilmədikləri iddia olunub. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib. İddialara görə, qurumun bəzi əməkdaşları maaşların gecikdiyini bildiriblər.

Bu şəxslərin maaşları arta bilər - Deputatdan XOŞ XƏBƏR

Bu şəxslərin maaşları arta bilər - Deputatdan XOŞ XƏBƏR

“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günki iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edildi. Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdə tutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.