Xəbər axtarın

Son axtarış nəticələri:

Gecikdirilmiş 378,3 min manat işçilərə ödənilib - DƏMX

05.06.2026 13:00

Gecikdirilmiş 378,3 min manat işçilərə ödənilib - DƏMX
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 378,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Primeinfo.az-a DƏMX-dən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitin 93 %-i əməkhaqqı, 7 %-i isə müavinət və kompensasiya, zərərə görə ödənclər olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 53 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Paylaş: