
“Son illərdə məktəblərdə baş verənlər xüsusi diqqətlə izlənilməlidir. Dini qrupların Azərbaycanın milli dövlət atributlarını qəbul etməməsi, məktəb qarşısında şərtlər qoymaqları və s. kimi məsələlər zaman-zaman gündəmə gəlib. Həmin şəbəkələrə qarşı addımlar atılsa da, onların kənardan aldıqları təlimatlar əsasında yenidən aktivləşdikləri görünür”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, məktəblərdə belə vəziyyətin yaranması həm də təhsillə bağlıdır: “Təhsil sistemindəki boşluqlar, təhsil səviyyəsinin çox aşağı olması ən böyük problemlərdəndir”.
Davamı “Qırmızı masa”da: