
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ölkəsi ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini bildirib.
Primeinfo.az-ın xəbərinə görə, Bahçeli qeyd edib ki, “qardaşlıq bağlarına zərər verəcək heç bir nifaq toxumunun səpilməsinə icazə verilməməlidir”.
MHP liderinin sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü sarsılmaz qardaşlıq iradəsini nümayiş etdirəcək.
“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər iki xalq arasındakı səmimi bağa əsaslanır”, – o vurğulayıb.