
Bakıda Azərbaycan-Laos investisiya və biznes forumu keçirilir.
Primeinfo.az xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Thanongsinh Kanlagna Laosun sənaye ticarət nazirinin müavini Manothong Vangsay, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov və digər rəsmi şəxslər iştirak edirlər.
Forumda çıxış edən A. Axundov Azərbaycanın iqtisadiyyatı, idxal və ixrac potensialı, vegi sistemi, Orta Dəhlizin əhəmiyyəti və başqa məsələlər barəsində ətraflı məlumat verib.







