Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir - FOTO - YENİLƏNİB

15.07.2026 13:29

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir - FOTO - YENİLƏNİB

Bu gün Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib.

Primeinfo.az xəbər verir ki, forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova iştirak ediblər.

Forum çərçivəsində “Azərbaycan Turizm Bürosu” ilə “Slovakia Travel” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

***

13.37

İyulun 15-də Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilir.

Primeinfo.az xəbər verir ki, biznes-forum Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə hər iki ölkədən rəsmilər və müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edirlər.

Paylaş: