Xəbər axtarın

Son axtarış nəticələri:

Mikayıl Cabbarov: "Qeyri-neft-qaz ixracı 4.2 milyard dolları ötəcək"

16.11.2026 14:35

Mikayıl Cabbarov: "Qeyri-neft-qaz ixracı 4.2 milyard dolları ötəcək"

“Qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub”.

Primeinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı qeyd edib.

O bildirib ki, 2026-cı ilin gözlənilən nəticəsi nəzərə alınmaqla qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2.5 dəfə çox olacaq:

“Cari ilin on ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20 faizdən çox artaraq, 3.6 milyard dollara çatıb, onun 61 faizini sənaye məhsulları təşkil edir. Cari ilin nəticələrinə görə qeyri-neft-qaz mal ixracımızın həcmi 4.2 milyard ABŞ dollarını üstələyəcək. İxracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılıb. Bu paket çərçivəsində Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır, kredit zəmanətinin limiti 20 faizdən 50 faizə qaldırılıb. Qeyri-neft-qaz özəl sektorunun subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı verilir. 2027-2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək”.

Nazir əlavə edib ki, ixracatçıların nəqliyyat xərclərinin 70 faizədək hissəsi, mikro, kiçik və orta ixracatçıların isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərin bir hissəsi dövlət tərəfindən kompensasiya olunur:

Gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal edilən məhsulların azı 50 faizinin ixracı şərtilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulub. 2026-cı ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılıb”.

Paylaş: