Xəbər axtarın

Son axtarış nəticələri:

Tokayev Milli Təhlükəsizlik Komitəsi rəisini dəyişdi - FOTO

16.11.2026 12:39

Tokayev Milli Təhlükəsizlik Komitəsi rəisini dəyişdi - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 16 noyabr 2026-cı il tarixli 1566 saylı fərmanı ilə Yermek Sagimbayev Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri vəzifəsindən azad edilib.

Primeinfo.az xəbər verir ki, onun yerinə Marat İrmenov təyin olunub. İrmenov əvvəllər tutduğu vəzifədən azad edilib.

Yermek Sagimbayev komitəyə 2022-ci ilin yanvar hadisələrindən sonra rəhbərlik etməyə başlamışdı. O, bu vəzifədə Kərim Massimovu əvəz etmişdi. Bundan əvvəl Qazaxıstanın Dövlət Mühafizə Xidmətinə rəhbərlik edib. 2026-cı ilin avqust ayında Tokayev onu yenidən MTK sədri təyin etmişdi.

Qeyd edək ki, kadr dəyişikliyindən cəmi üç gün əvvəl, noyabrın 13-də Sagimbayev prezidentə idarənin ilin əvvəlindən gördüyü işlər barədə məruzə etmişdi. Görüşdə terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq və narkobizneslə mübarizə, həmçinin korrupsiyaya qarşı mübarizə və kibertəhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunmuşdu. Görüşün yekunu üzrə Tokayev bir sıra tapşırıqlar vermişdi.

Tokayev Milli Təhlükəsizlik Komitəsi rəisini dəyişdi - FOTO
Marat İrmenov indiyədək MTK sədrinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl, 2022-ci ilin yanvarından MTK-nın Almatı üzrə departamentinə rəhbərlik edib. 2020-2022-ci illərdə Cambıl vilayəti üzrə, 2016-2020-ci illərdə isə Aktobe vilayəti üzrə MTK departamentlərinə rəhbərlik edib. Daha əvvəl Almatı üzrə MTK departamentinin rəis müavini olub.

İrmenov Qərbi Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunu, MTK İnstitutunu və Beynəlxalq Hüquq və Bazar Akademiyasını bitirib. 2019-cu ildə ona milli təhlükəsizlik general-mayoru rütbəsi verilib. II dərəcəli “Danq” ordeni ilə təltif olunub.

Paylaş: