
Fars körfəzi ölkələri Əməkdaşlıq Şurası BMT Təhlükəsizlik Şurasını İranı region ölkələrinə hücumlar nəticəsində dəyən ziyana görə təzminat (kompensasiya) ödəməyə məcbur etməyə çağırıb.
Primeinfo.az TASS-a istinadən xəbər verir ki , bu barədə Fars körfəzi ölkələri Əməkdaşlıq Şurasının baş katibi Casem Məhəmməd əl-Budayvi BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı məlumat verib.
“Biz Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu hücumlarda təqsirli olanları məsuliyyətə cəlb etməyə və İranın üzərinə vurduqları ziyanı kompensasiya etmək öhdəliyini qoymağa çağırırıq”, – deyə o bildirib.
Regional strukturun məlumatına görə, İran fevralın 28-dən bəri Fars körfəzinin ərəb ölkələrinə 7000-dən çox raket və PUA hücumu edib.