Xəbər axtarın

Son axtarış nəticələri:

Peskov: "Rusiya Finlandiyanın NATO-dan çıxmasını tələb etməyib"

13.11.2026 15:00

Peskov: "Rusiya Finlandiyanın NATO-dan çıxmasını tələb etməyib"

Finlandiya da daxil olmaqla hazırkı NATO üzvlərinin alyansdan çıxması üçün heç bir tələb irəli sürülməyib.

Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, NATO üzvlərinin alyansdan çıxması Əbu-Dabi danışıqlarında müzakirə olunmayıb.

“Mən bundan xəbərsizəm, xeyr, heç bir tələb irəli sürülməyib. Bu, əlbəttə ki, müzakirə olunmayıb”, – Peskov qeyd edib.

Qeyd edək ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Rusiya nümayəndələri Əbu-Dabidə keçirilən Ukrayna ilə bağlı danışıqlarda” Finlandiyanın NATO-dan çıxmasını və alyansın Baltikyanı ölkələrdəki bazalarını tərk etməsini tələb ediblər.

Paylaş: