Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: əmək pensiyaları

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödənildi

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə bu gün noyabr ayının pensiyaları ödənilib. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə noyabrın 6-da bu ayın pensiya ödənişi həyata keçirilib.

Sabah pensiyalar ödəniləcək - DSMF

Sabah pensiyalar ödəniləcək - DSMF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

DSMF: Pensiya və müavinətlər bu tarixdə ödəniləcək

DSMF: Pensiya və müavinətlər bu tarixdə ödəniləcək

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında qeyd olunub. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 20-dən, sosial müavinət, ünvanlı dövlət sosial yardımı və təqaüdlərin isə bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

152 min nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb - DSMF

152 min nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb - DSMF

Bu ilin oktyabr ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub. Primeinfo.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Oktyabrın pensiyaları ödənildi

Oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ÖDƏNİLDİ

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ÖDƏNİLDİ

  Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də oktyabrın 7-də bu ayın pensiya ödənişi həyata keçirilib.

Sabah pensiyalar ödəniləcək

Sabah pensiyalar ödəniləcək

Oktyabrın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Həmçinin bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Sentyabrın pensiya ödənişləri yekunlaşdı

Sentyabrın pensiya ödənişləri yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək

Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sentyabrın 22-də Azərbaycan üzrə pensiyaların tam ödənilərək yekunlaşdırması nəzərdə tutulub. Primeinfo.az-a bu barədə DSMF-dən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.