Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: əmək pensiyaları

ŞAD XƏBƏR: Bayramlara görə pensiya, müavinət və təqaüdlər tez ödəniləcək

ŞAD XƏBƏR: Bayramlara görə pensiya, müavinət və təqaüdlər tez ödəniləcək

Qarşıdan gələn bayramlarla əlaqədar martda pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.

Bu gün pensiyaların ödənişinə başlanılır - ƏƏSMN

Bu gün pensiyaların ödənişinə başlanılır - ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

3000-dən çox şəxsə əmək pensiyası təyin olunub

3000-dən çox şəxsə əmək pensiyası təyin olunub

2026-cı ilin yanvar ayı ərzində 3 754 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə Primeinfo.az-a Dövlət Sosial Müdafiə Xidmətindən bildirilib. Qeyd edilib ki, həmin şəxslərin 63,43%-ni kişilər, 36,57%-ni isə qadınlar təşkil edib.

Yanvar ayının pensiya ödənişi yekunlaşıb

Yanvar ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yanvar ayının pensiyaları tam ödənilib - RƏSMİ

Yanvar ayının pensiyaları tam ödənilib - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.