
Pakistanın Xayber-Paxtunxva əyalətində polis patrul xidmətinə hücum nəticəsində hüquq-mühafizə orqanının on əməkdaşı həlak olub, daha 12 nəfər yaralanıb.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə regional polis məlumat yayıb.
Qeyd edilir ki, atışma zamanı on səkkiz yaraqlı məhv edilib.
Hadisə Kohata rayonunda polis əməkdaşları yerli hakimiyyət orqanları ilə qanunsuz qızıl hasilatına qarşı birgə əməliyyatdan qayıdarkən baş verib. Polisin məlumatına görə, hücumu Pakistanın “Təhriki-i-Taliban” üzvləri törədib.
Ölənlər arasında polis rəisinin müavini Heydər Zaman da var. Yaralılar xəstəxanaya aparılıb.
Vəlayətin qubernatoru Feysəl Kərim Kundi ölənlərin ailələrinə başsağlığı verib və hadisə ilə bağlı ətraflı məlumat tələb edib. O, hücum edənlərin ədalət mühakiməsinə cəlb olunacağına söz verib.
***
11 noyabr, 17:32
Pakistanın şimal-qərbindəki Kohat şəhərində patrul dəstəsinə hücum nəticəsində ən azı 12 polis əməkdaşı yaralanıb.
Bu barədə Report DAWN-a istinadən xəbər verir.
Məlumata görə, hücum cinayətkar ünsürlərin iştirakı ilə qeyri-qanuni faydalı qazıntı hasilatına qarşı mübarizə əməliyyatı zamanı baş verib.
Xilasetmə xidmətinin nümayəndəsi Cavad Afridi videomüraciətində bildirib ki, polis dəstəsi atəşə məruz qalıb, bundan sonra 12 əməkdaş xəstəxanaya çatdırılıb.
Afridi qeyd edib ki, xəsarət alanlar və mümkün həlak olanlar barədə dəqiq məlumat daha sonra təqdim ediləcək.
Öz növbəsində, “Reuters” agentliyi 11 polisin həlak olduğunu bildirib. Lakin Pakistan hökuməti bu məlumatı hələ ki, təsdiqləməyib.