
Türkiyənin Manisa vilayətində silahlı insidentdə xəsarət alanların sayı 11-ə çatıb.
Primeinfo.az xəbər verir ki, silahlı hücumu törədən şəxsin valideynləri və babası saxlanılıb.
***
11:20
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısındakı silahlı insident zamanı 11 şagird yaralanıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek “X” platformasında yazıb.
O, yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.
***
11:45
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törədən şəxs saxlanılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Manisa Valiliyi məlumat yayıb.
Hadisə ilə əlaqədar hüquqi və inzibati araşdırma başladılıb.
***
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub.
Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər.
İlkin ehtimallara əsasən, kimliyi məlum olmayan şəxs hələlik aydınlaşdırılmamış səbəblərdən məktəbin ətrafında pərakəndə atəş açmağa başlayıb.
Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumatına görə, hadisə nəticəsində 1 şagird ölüb, daha 8 nəfər yaralanıb.
ÇOCUKLARIMIZIN GÜVENLİĞİNİ TEHDİT EDEN HİÇBİR İHMAL KARŞILIKSIZ KALMAYACAKTIR!
Manisa’nın Turgutlu ilçesinde, okul binası dışında, öğrencilerimizin okullarına gittiği sokakta meydana gelen silahlı saldırıda 2’si ağır olmak üzere 11 öğrencimizin yaralanması hepimizi derinden…
— Akın Gürlek (@abakingurlek) September 22, 2026

Silahlı şəxs insidentdən dərhal sonra qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin yaxalanması istiqamətində axtarış tədbirlərinə start veriblər.
Hazırda məktəb ətrafında təhlükəsizlik tədbirləri artırılıb, müvafiq xilasetmə və tibb xidmətləri davam etdirilir.
Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.







