Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu deyən Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkələrin adlarını açıqlamayıb. “Daha əvvəl Misir və Banqladeşlə yanaşı, Suriya, Qətər, Küveyt və Bəhreynin də ittifaqa qoşula biləcəyi gündəmə gəlib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu Ortaq Müdafiə üçün Məkkə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin sabah Ər-Riyadda keçiriləcək toplantısında iştirak edəcəklər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Hakan Fidan toplantıda ittifaqın institusional inkişaf prosesi və bundan sonra atılacaq addımlarla bağlı Türkiyənin mövqeyini açıqlayacaq.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb və birgə müdafiə haqqında Məkkə sazişini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayıb. “Məkkə Müdafiə Alyansının əməkdaşlığını daha da inkişaf etdirmək yolları müzakirə edilib”, – məlumatda bildirilib.