Xəbər axtarın

Son axtarış nəticələri:

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO

04.10.2026 17:02

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO

Cəbrayıl Şəhəri Günü münasibətilə konsert proqramı təqdim edilib.

Primeinfo.az xəbər verir ki, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumi təhsil məktəbində təşkil olunan konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi anılıb.

Sonra konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar təqdim olunub, Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Konsertdə Cəbrayıl şəhərinin yeni inkişaf mərhələsi mədəni proqramla qeyd olunub, milli musiqi və rəqs sənətinin təbliğinə diqqət çəkilib.

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub - FOTO

Paylaş: