Xəbər axtarın

Son axtarış nəticələri:

"David Seliverstov"un seksual xarakterli əməllər üzərindən 50 minlik dələduzluğu üzə çıxdı - FOTO

03.10.2026 20:26

"David Seliverstov"un seksual xarakterli əməllər üzərindən 50 minlik dələduzluğu üzə çıxdı - FOTO

Özünü beynəlxalq hüquq müdafiəçisi “David Seliverstov” kimi qələmə verən Kazım Abbasovun ölkədən qaçmasından sonra onunla bağlı yeni və şok təfərrüatlar üzə çıxmaqda davam edir. Avqustun 3-də Azərbaycanı tərk edən, 20 günə qayıdacağını bəyanlayan və bu günə qədər geri qayıtmayan “David Seliverstov” – Kazım Abbasovun daha bir vətəndaşı toruna salaraq külli miqdarda vəsaitini mənimsədiyi məlum olub.

Primeinfo.az xəbər verir ki, Musavat.com-a daxil olan eksklüziv məlumatlara görə, “David Seliverstov” – Kazım Abbasovun növbəti qurbanı seksual xarakterli hərəkətlərdə təqsirləndirilərək həbs edilən Y.Dəmirovun atasıdır.

"David Seliverstov"un seksual xarakterli əməllər üzərindən 50 minlik dələduzluğu üzə çıxdı - FOTO

Məlumata görə, “David Seliverstov” Cinayət Məcəlləsinin 152-ci maddəsi (seksual xarakterli hərəkətlər etmə) ilə təqsirləndirilən və 3 ildən 7 ilədək azadlıqdan məhrum edilmə təhlükəsilə üz-üzə qalan Y.Dəmirovun atasının etibarından sui-istifadə edib. Ona oğlunun işinin tez bir zamanda həll olunacağını və oğlunun azadlığa buraxılacağını vəd edən “beynəlxalq hüquq müdafiəçisi” ondan nağd şəkildə, 25 min olmaqla iki dəfəyə ümumilikdə 50 min manat pul alıb. Lakin vədlər kağız üzərində qalıb.

Hazırda iş Nəsimi Rayon Məhkəməsinin icraatındadır və oktyabrın 8-də iş üzrə son məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.

Kazım Abbasov isə avqust ayında ölkədən qaçaraq hələ ki, məsuliyyətdən yayınmağa müvəffəq olub.

Vəkil Səadət Vəliyeva prosesdə nə rol oynayır?

Skandalın başqa bir tərəfi isə hazırda məhkəmə prosesində Y.Dəmirovun hüquqlarını müdafiə edən vəkil Səadət Vəliyeva ilə bağlıdır. İddialara görə, Sumqayıt Regional Vəkil Bürosunun vəkili olan Səadət Vəliyeva uzun müddət Kazım Abbasovun Səbail rayonu ərazisindəki məlum ofisində əyləşib və onunla çox yaxın əlaqədə olub. Məlumatlara görə, Nizami Məmmədovun qardaşı Nəsimi Məmmədovdan 90 min dolların alınması və kabinetlərdə aparılan digər pul alınmalarında Səadət Vəliyeva şəxsən həmin ofisdə, bir çox hallarda “David Seliverstov”un kabinetində olub.

"David Seliverstov"un seksual xarakterli əməllər üzərindən 50 minlik dələduzluğu üzə çıxdı - FOTO

İndi isə Y.Dəmirovun işinə rəsmi vəkil kimi çıxan Səadət Vəliyevanın məhkəmədə faktiki olaraq heç bir real müdafiə tədbiri görmədiyi, prosesi sadəcə seyr etdiyi bildirilir. Vəkilin bu passivliyini məhkəmədən kənar anlaşmalarla əlaqələndirirlər.

Şübhəli müqavilələr və anda sadiqlik sualı

90 min dolların alındığı həmin gün – 2025-ci il noyabrın 26-da vəkil Səadət Vəliyeva tərəfindən Nizami Məmmədovun hüquqlarının müdafiəsi adı altında 2 ayrı elektron vəkil orderi rəsmiləşdirilib. Təqdim olunan sənədlərdən görünür ki, həmin tarixdə Nizami Məmmədovun işi hələ birinci instansiya məhkəməsində olduğu halda, vəkil orderlərindən birində tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi birbaşa Ali Məhkəmə göstərilib. Məhkəmə prosesinin Ali Məhkəmə mərhələsinə çatmasına aylarla, işin həcminə görə 1 ildən artq vaxt tələb olunduğu bir şəraitdə, öncədən Ali Məhkəmədə müdafiə adı altında müqavilə bağlanması ciddi suallar doğurur.

Digər orderdə isə tapşırıq “Aidiyyəti üzrə səlahiyyətli məhkəmə və bütün səlahiyyətli dövlət orqanları”nda müdafiə kimi qeyd edilib. Buna baxmayaraq, müqavilələrin imzalanmasından 8 ay keçməsinə və məsələ hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilənə (avqustun başlanğıcına) qədər vəkil Səadət Vəliyeva bir dəfə də olsun hüquqlarını müdafiə etdiyi Nizami Məmmədovla istintaq təcridxanasında görüşməyib və onun taleyi ilə maraqlanmayıb. Vəkil müqavilə bağlayıb, amma vəkillik də etməyib! Bütün bunlar vəkilin müqavilə bağladığı müvəkkilinin məhkəməsi getdiyi bir vaxtda baş verib!!! Burada vəkil andı haqda danışmaq sadəlövhlük olar. Baş verənlər bu müqavilələrin formal olaraq bağlanması haqda iddiaları bir qədər də gücləndirir.

"David Seliverstov"un seksual xarakterli əməllər üzərindən 50 minlik dələduzluğu üzə çıxdı - FOTO

Vəkil Səadət Vəliyevanın “David Seliverstov”la Gürcüstana tez-tez səfərlər etmələri haqda da məlumatlar var. Səadət Vəliyevanın “David Seliverstov” qruplaşmasındakı rolu, digər maliyyə məsələri ilə bağlı redaksiyamıza yeni faktlar daxil olmaqdadır. Hazırda həmin məlumatlar üzrə dəqiqləşdirmələr aparılır.

Məqalədə adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Paylaş: