Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstan ABŞ-la münasibətlərin dinamikasından razıdır

02.10.2026 14:58

Gürcüstan ABŞ-la münasibətlərin dinamikasından razıdır

“Biz Gürcüstan-ABŞ münasibətlərinin dinamikasından məmnunuq”.

Primeinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi hər bir yüksək səviyyəli görüşdə münasibətlərə “təmiz səhifədən” başlamağa hazırlığını bir daha təsdiqləyir.

“Təəssüflər olsun ki, ABŞ-ın əvvəlki administrasiyası Gürcüstanla münasibətlərə xələl gətirib. Vəziyyəti qaydaya salmaq və münasibətləri yenidən qurmağa başlamaq vacibdir”, – deyə spiker əlavə edib.

Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze sentyabrın 22-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi rəsmi qəbulda olub. Hökumət başçısı bildirib ki, ABŞ lideri ilə qısa söhbət zamanı Gürcüstan tərəfinin ABŞ ilə strateji tərəfdaşlığın bərpası ilə bağlı istəyini diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ Tbilisinin Avropa İttifaqı ilə danışıqları dayandırması fonunda Gürcüstanla strateji tərəfdaşlığı 2024-cü ilin noyabrında dayandırıb.

Paylaş: