Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Turan Tovuz” FK

“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib

“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib

Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında  yoldaşlıq oyunu keçiriləcək. Primeinfo.az xəbər verir ki,qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

"Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

"Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

“Turan Tovuz” və “Fənərbağça”nın nümayəndələri komandalar arasında keçiriləcək oyundan əvvəl Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə Primeinfo.az-a Azərbaycan klubundan məlumat verilib. Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.

"Fənərbaxça" Bakıya gəldi - FOTO - VİDEO

"Fənərbaxça" Bakıya gəldi - FOTO - VİDEO

Türkiyənin “Fənərbaxça” futbol klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq görüşü üçün Bakıya gəlib. Primeinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 3-də saat 20:00-da Bakıda “Turan Tovuz”la üz-üzə gələcək.

"Turan Tovuz" Premyer Liqada 100-cü qoluna imza atdı

"Turan Tovuz" Premyer Liqada 100-cü qoluna imza atdı

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qoluna imza atıb. Primeinfo.az xəbər verir ki, yubiley qolunu Xorxe Silva vurub. O, Misli Premyer Liqasının IV turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunun müəllifi olub.

Premyer Liqa: 2026/2027 mövsümünə START verilir

Premyer Liqa: 2026/2027 mövsümünə START verilir

Bu gün Misli Premyer Liqasının 2026/2027 mövsümünə start veriləcək. Primeinfo.az xəbər verir ki, I turun açılış matçı Tovuzda keçiriləcək. “Turan Tovuz” “Qəbələ” komandasını qəbul edəcək.

“Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım Bakıdadır

“Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım Bakıdadır

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib. Primeinfo.az-ın məlumatına görə, tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb. Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub.

"Turan Tovuz" kapitanı ilə yollarını ayırdı

"Turan Tovuz" kapitanı ilə yollarını ayırdı

“Turan Tovuz” Şəhriyar Əliyevlə yollarını ayırıb. Primeinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı mərkəz müdafiəçisinin klubla olan müqaviləsinin müddəti başa çatıb.

"Turan Tovuz" UEFA Konfrans Liqasından kənarlaşdırılıb

"Turan Tovuz" UEFA Konfrans Liqasından kənarlaşdırılıb

AFFA “Turan Tovuz”un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb. Bildirilib ki, UEFA tərəfindən AFFA İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib.

AFFA “Turan Tovuz”u cərimələdi

AFFA “Turan Tovuz”u cərimələdi

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu cərimələyib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilib. “3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilib”, – AFFA-nın açıqlamasında deyirlir.

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

“Qarabağ” Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası qarşılaşmada 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 41-ci dəqiqədə Abdullah Zubir vurub.