Xəbər axtarın

Son axtarış nəticələri:

"Turan Tovuz" Premyer Liqada 100-cü qoluna imza atdı

07.09.2026 11:59

"Turan Tovuz" Premyer Liqada 100-cü qoluna imza atdı

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qoluna imza atıb.

Primeinfo.az xəbər verir ki, yubiley qolunu Xorxe Silva vurub.

O, Misli Premyer Liqasının IV turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunun müəllifi olub.

Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. “Turan Tovuz” Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olub.

Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.

Paylaş: