Xəbər axtarın

Son axtarış nəticələri:

Kiyevə hücumun qisası alındı:Rusiya daxilində kritik hərbi obyektlər VURULDU

03.10.2026 21:15

Kiyevə hücumun qisası alındı:Rusiya daxilində kritik hərbi obyektlər VURULDU

Ukrayna prezidenti Volodimir Zelenski ölkə hərbçilərinin Rusiyanın Bryansk vilayətində yerləşən “İskəndər” əməliyyat-taktiki raket komplekslərinin heyətlərinə cavab zərbəsi endirdiyini bəyan edib.

Primeinfo.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, zərbələr həmçinin Samara vilayətində və Qara dənizdə Rusiyanın hərbi infrastrukturu ilə bağlı obyektlərinə də endirilib.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin bu addımı Rusiyanın Ukraynanın mülki infrastrukturuna güclənən hücumlarına cavab olaraq atdığını bildirib.

Dövlət başçısı əlavə edib ki, oktyabrın 3-ü səhər saatlarında Rusiya qoşunları Kiyevdəki Şimal körpüsünə, bir neçə regionda yaşayış binalarına, dəmir yoluna və energetika obyektlərinə hücum edib. Odessa vilayətinin Çernomorsk şəhərində isə Rusiyaya məxsus dron gəmiyə zərbə endirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə oktyabrın 2-dən 3-nə keçən gecə Donetsk rayonunda zərbə pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı, hazırlandığı və buraxıldığı məkanın vurulduğunu açıqlayıb. Məlumata görə, Belqorod vilayətinin Novaya Tavoljanka kəndində idarəetmə məntəqəsi, Donetsk vilayətinin Novotroitskoye kəndində Mokrıye Yalı çayı üzərindəki keçid, Xerson vilayətinin Qromovka rayonunda təmir bazası, Belqorodun Voznesenovka rayonunda isə maddi-texniki təminat anbarı məhv edilib.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi oktyabrın 3-nə keçən gecə hava hücumundan müdafiə vasitələrinin Ukraynaya məxsus 218 PUA-nı vuraraq zərərsizləşdirdiyini bildirib. Nazirliyin məlumatına görə, dronlar Astraxan, Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan, Smolensk, Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım, eləcə də Azov və Qara dəniz suları üzərində vurulub.

Paylaş: