
Bu gün yerli vaxtla 16.20 radələrində (Bakı vaxtı ilə 17:20) Moldovanın paytaxtı Kişineu beynəlxalq aeroportunda mina aşkar edilib.
Primeinfo.az bu barədə Moldova Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, Sərhəd Polisinin əməkdaşları ilə birgə aeroport işçiləri təxliyə edilib, enən təyyarələrdən sərnişinlərin çıxışı dayandırılıb.
Hazırda minanın aşkar edilərək zərərsizləşdirilməsi prosesi gedir. Ərazidə təhlükəsizlik yoxlamaları aparılır.