Türkiyənin “Fənərbaxça” futbol klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq görüşü üçün Bakıya gəlib.
Primeinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 3-də saat 20:00-da Bakıda “Turan Tovuz”la üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
“Turan Tovuz”un mətbuat xidmətinin yaydığı məlumata görə, oyununun fiziki biletləri satışa çıxarılıb.
Biletləri oyunun başlanma saatınadək Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.