Xəbər axtarın

Son axtarış nəticələri:

Tanınmış rəqqas maşında xanımını döydü - CİNAYƏT işi açıldı - FOTO - VİDEO

02.10.2026 12:16

Tanınmış rəqqas maşında xanımını döydü - CİNAYƏT işi açıldı - FOTO - VİDEO

Rəqqas və rəqs müəllimi Nicat Azadlının həyat yoldaşı onun barəsində zorakılığı əks etdirən video paylaşıb.

Primeinfo.az xəbər verir ki, övladının adına olan “Instagram” hesabında paylaşım edən qadın Nicat Azadlı tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qaldığını iddia edib.

O, hamiləlik dövründə də döyüldüyünü və bunun bətnindəki övladının ölümünə səbəb olduğunu bildirib. Həmçinin rəqqasın ailə üzvləri tərəfindən təhqir və təzyiqlərə məruz qaldığını da qeyd edib.

Qadının sözlərinə görə, fotoşəkillər, səs yazıları və videolarla polisə müraciət edib, iş məhkəməyə göndərilib. O, məhkəmə prosesinin nəticəsində 1500 manat cərimə tətbiq olunduğunu bildirərək buna etiraz edib.

“Bütün verdiyi zülmlərə susuldu. Şəkillərlə, sübutlarla, səs yazmaları və videolarla polisə müraciət elədim, iş məhkəməyə getdi”, – paylaşımda qeyd olunub.

Nicat Azadinin həyat yoldaşı paylaşdığı videoda rəqqasın avtomobildə hərəkətdə olarkən ona qarşı qeyri-etik hərəkətlər etdiyini iddia edib.

Yayılmış məlumatlarla bağlı “Qafqazinfo” Nicat Azadlı ilə əlaqə saxlayıb. O, bu iddiaları əsassız adlandırıb: “Ölüm iddiaları – hamısı yalandır. Ailə daxilində problemlər olub, buna görə də biz artıq bir ilə yaxındır boşanmışıq. Aliment də ödəyirəm. O mənə deyirdi ki, “pul verməsən, hər şeyi paylaşacağam”. Dırnaq paylaşımı da yalandır. Mənə əvvəldən demişdi ki, “hamısını yığıram, paylaşacağam. Cəmiyyət onsuz da qadına inanır, kişiyə yox. Hamısı şantajdır, pul verdiyim müddətdə heç nə paylaşmırdı, 1700 manat verdim. Bundan sonra 5 min də istədi, verə bilmədim deyə istədiyi paylaşımı etdi.

Uşaq ölümü də mümkün deyil, o hadisələr olmayıb. Videoda isə mənə lazımsız sözlər deyirdi və orada bəzi hissələr kəsilib. Bunu ona görə edirdi ki, məni nüfuzdan salsın. Məsələ ilə bağlı polisə müraciət edəcəyəm”.

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, sözügedən hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib:

“Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib”.

Tanınmış rəqqas maşında xanımını döydü - CİNAYƏT işi açıldı - FOTO - VİDEO

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Raul💙 (@raul_azadli_)

Paylaş: