Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda və ətraf qəsəbələrdə YOXLAMA BAŞLAYIR

03.10.2026 18:45

Bakıda və ətraf qəsəbələrdə YOXLAMA BAŞLAYIR

Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işləri davam etdiriləcək.

Primeinfo.az xəbər verir ki,bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Müayinələr körpü və yolötürücülərinin etibarlı istismarının təmin edilməsi, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması məqsədilə aparılır.

Müayinələrin keçiriləcəyi ünvanlar və tarixlər:

3 oktyabr – Nizami rayonu, M.Əliyev küçəsi, “Dakar” dairəsi;

4 oktyabr – Ziya Bünyadov prospekti, “Çermet” yolötürücüsü;

10 oktyabr – M-1 Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu kilometri, Ekologiya postu;

11 oktyabr – M-1 Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı.

Qeyd edək ki, müayinələr qeyd olunan tarixlərdə 01:00-dan 05:00-dək aparılacaq.

AAYDA-nın məlumatına görə, instrumental müayinələr yolötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsinə və təhlükəsiz istismarı ilə bağlı mümkün risklərin öncədən müəyyən edilməsinə imkan verir.

Paylaş: