
1 noyabr 2026-cı ildən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qeyd edilib ki, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.
Əlavə reyslərə biletlər bu gündən satışdadır.