Xəbər axtarın

Son axtarış nəticələri:

"Türkiyə və Azərbaycan əməkdaşlığı genişlənəcək" - ŞƏRH - VİDEO

01.10.2026 18:06

"Türkiyə və Azərbaycan əməkdaşlığı genişlənəcək" - ŞƏRH - VİDEO

“Türkiyə müdafiə sənayesi dünya səviyyəsində ön sıralarda yer alır. Son illər dünyada elə bir vəziyyət yaranıb ki, artıq keçmiş silahlar müasir döyüş üçün effektiv deyil. Bu səbəbdən də faktiki olaraq hər şey yenilənir. Belə bir məqamda isə iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın əməkdaşlığı zəruri həddə çatır. Hesab edirəm ki, əməkdaşlıq daha da genişlənəcək”.

Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında 14 ədəd HÜRKUŞ-II təlim təyyarəsi və bir sıra digər müdafiə sistemlərinin tədarükünü nəzərdə tutan müqavilələr imzalanıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün məlumat verib. Müqavilələr Bakıda keçirilən ADEX 2026 – Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb.

Davamı “Qırmızı masa”da:

Paylaş: