Xəbər axtarın

Son axtarış nəticələri:

Yaşar Gülər: "İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik"

01.10.2026 16:21

Yaşar Gülər: "İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik"

Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə çıxışında deyib.

“Təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın – qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”, Yaşar Gülər bildirib.

Paylaş: