Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - FOTO

18.11.2026 10:14

Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - FOTO

Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib.

Primeinfo.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovun Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşündə aparılıb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin, ölkələrimizin rəhbərlərinin qarşılıqlı etimada əsaslanan əlaqələrinin strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Energetikanın ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olduğu qeyd edilərək neft, qaz, elektrik enerjisi və tranzit sahələrində birgə fəaliyyətin nəticələrindən bəhs olunub.

Birgə həyata keçirilən layihələrin ölkələrimizin və regionun enerji təhlükəsizliyindəki rolu, SOCAR-ın Gürcüstandakı fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrə töhfələri qeyd edilib. Enerji layihələrinin əhəmiyyətinin iki ölkənin hüdudlarından kənara çıxdığı, regional bağlantıların genişləndirilməsinə xidmət etdiyi bildirilib. Son dövrdə imzalanmış sazişlərin enerji əməkdaşlığını daha da gücləndirəcəyinə inam ifadə edilib.

Görüşdə iki ölkənin elektrik enerjisi sistemlərinin paralel iş rejimləri və qarşılıqlı enerji mübadiləsi barədə fikir mübadiləsi aparılıb.

Yaşıl enerji dəhlizləri və Avropa ilə enerji bağlantılarının inkişafı üzrə əməkdaşlığın perspektivlərinə də toxunulub.

Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - FOTO Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - FOTO Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - FOTO

Paylaş: