Xəbər axtarın

Son axtarış nəticələri:

Əraqçi və Lavrov arasında telefon danışığı olub

16.11.2026 20:36

Əraqçi və Lavrov arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.

Primeinfo.az-ın məlumatına görə, Əraqçi ilə Lavrov regionda və dünyada sülhlə təhlükəsizliyin qorunmasına yönəlmiş son siyasi səylər və diplomatik təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Abbas Əraqçi bu gün Pakistanın İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) xarici işlər nazirlərinin 30-cu iclasında iştirak edib.

Paylaş: