Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən qitələrarası ballistik raketlərin utilizasiyası mərkəzinə zərbə endirib.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən qitələrarası ballistik raketlərin utilizasiyası mərkəzinə zərbə endirib.
Rusiya Federasiyasının Rostov vilayətində yerləşən Novoşaxtinsk Neft Emalı Zavodunun (NPU) neft terminalı pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
Yəmən hökuməti İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi televiziya ilə çıxışında açıqlayıb. Əl-Əlimi əməliyyatların məqsədinin husilərin nəzarətində qalan əraziləri geri almaq və dövlət hakimiyyətini bütün ölkə ərazisində bərpa etmək olduğunu bildirib.
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Newsmaker” ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığında müşahidə edilib.
Litvanın paytaxtı Vilnüsün Beynəlxalq Hava Limanı radarlarda naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi ehtimalı ilə əlaqədar hava məkanını və fəaliyyətini müvəqqəti olaraq bağlayıb. Primeinfo.az xəbər verir ki, yerli LRT telekanalının yaydığı məlumata görə, təhlükə siqnalından dərhal sonra NATO-nun Baltikyanı hava məkanını qoruyan qırıcı təyyarələri təcili olaraq səmaya qaldırılıb, yerli sakinlərin telefonlarına isə ehtiyatlı olmaq və sığınacaqlara yaxınlaşmaq xəbərdarlığı göndərilib. Sonradan Vilnüs hava limanı rəsmi bəyanat yayaraq hava həyəcanının ləğv edildiyini və uçuşların bərpa olunduğunu bildirib.
Ukraynanın Krasnodar vilayətində yerləşən İlyinsk neft emalı zavoduna PUA hücumu nəticəsində üç ilkin neft emalı qurğusu və rezervuar parkı vurulub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, hücum “FP-1” tipli PUA-larla həyata keçirilib və nəticədə zavodun fəaliyyəti dayandırılıb.
İran ordusu Hörmüz boğazı üzərində kəşfiyyat məqsədilə istifadə olunan “Orbiter” tipli pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə İran ordusuna istinadən Livanın “Lebanon Debate” nəşri məlumat yayıb. İran tərəfinin bildirdiyinə görə, pilotsuz uçuş aparatı axşam saatlarında aşkarlanıb və hava hücumundan müdafiə sistemləri tərəfindən izlənilərək vurulub.
Bu gün Ərbil hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Primeinfo.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib. Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər – Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb.
Rusiya Federasiyası Ukrayna ərazisinin dərinliklərinə endirdiyi raket və dron zərbələrinin dəqiqliyini kəskin şəkildə artırmaq imkanı əldə edə bilər.