Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: pilotsuz uçuş aparatları (PUA)

Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb

Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb

Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında yüklənməsi iki tankerə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumdan sonra müvəqqəti dayandırılıb. Primeinfo.az-ın ölkənin Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iyulun 19-da yükləmə əməliyyatları zamanı Qazaxıstanda hasil olunan neftin daşındığı ASIA və NISSOS IOS tankeriləri hücuma məruz qalıb. Hücum nəticəsində gəmilərdə yanğın baş verib.

Zelenski Kiyevə raket hücumundan danışdı

Zelenski Kiyevə raket hücumundan danışdı

Ukrayna paytaxtı Kiyev son ayların en dəhşətli və dağıdıcı hərbi zərbələrinə məruz qalıb. Primeinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun bu gecə Kiyevə qarşı müharibənin ən kütləvi ballistik raket hücumlarından birini həyata keçirdiyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, düşmən qüvvələri müxtəlif tipli 40-dan çox raket və 120 zərbə pilotsuz uçuş aparatı (PUA) atıb ki, bu silahların da mütləq əksəriyyəti birbaşa paytaxtı hədəf alıb.

Rusiyada şok qalmaqal: Ukrayna hücumundan əvvəl nə baş verib?

Rusiyada şok qalmaqal: Ukrayna hücumundan əvvəl nə baş verib?

Xəbər verildiyi kimi, Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərinə və Moskva vilayətinin Elektrostal şəhərində yerləşən “Wildberries”in logistika mərkəzlərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, hücumlar nəticəsində dağıntılar qeydə alınıb, Tambov vilayətində ölən və yaralananların olduğu bildirilib. Şirkətin rəhbəri Tatyana Kim həlak olanların ailələrinə başsağlığı verib, zərərçəkənlərə maliyyə dəstəyi göstəriləcəyini bildirib.

Müdafiə Nazirliyi: Rusiyada bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurulub

Müdafiə Nazirliyi: Rusiyada bir gecədə 400-ə yaxın Ukrayna PUA-sı vurulub

Rusiyada bir gecədə Ukraynaya məxsus 379 dron vurulub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, dronlar Belqorod, Bryansk, Kursk, Smolensk, Ryazan, Kaluqa, Tula, Tambov, Oryol, Lipetsk, Tver, Pskov, Voronej, Rostov, Volqoqrad, Leninqrad, Vladimir vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım, Azov və Qara dənizlərində vurulub.

Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb

Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb

Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin bazar günü səhər saatlarında İran tərəfindən həyata keçirildiyi bildirilən bir neçə raket və pilotsuz uçuş aparatı hücumunu zərərsizləşdirdiyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Qatar News Agency-i məlumat yayıb , rəsmi bəyanatda İranın raket və pilotsuz aparatlarla Bəhreyndə mülki əhalini hədəf aldığı iddia olunub. Vətəndaşlara və ölkə sakinlərinə hücumlar nəticəsində qalan naməlum əşyalara yaxınlaşmamaq, onlara toxunmamaq və bu cür halları dərhal aidiyyəti qurumlara bildirmək tövsiyə edilib.

SEPAH Küveyt və Bəhreyndəki ABŞ bazalarına zərbə endirib

SEPAH Küveyt və Bəhreyndəki ABŞ bazalarına zərbə endirib

Yaxın Şərqdə gərginlik ən pik nöqtəyə çatıb və regionda böyük müharibə alovlanmaqdadır. Primeinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə yeni və güclü zərbələr endirdiyini rəsmən bəyan edib. Tehranın yaydığı rəsmi məlumata görə, həyata keçirilən irimiqyaslı hava hücumu nəticəsində Amerikanın Küveytdəki hərbi obyektlərində quraşdırılmış “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemləri, silah-sursat anbarları və radiolokasiya stansiyaları hədəf alınıb.