
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanında güclü partlayış baş verib. Hadisədən dərhal sonra sərnişinlər təxliyə edilib, aviaşirkətlər reysləri təxirə salaraq ləğv ediblər.
Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” agentlikləri mənbələrə və rəsmi şəxslərə istinadən məlumat yayıb.
“Reuters”in məlumatına görə, partlayışdan sonra hava limanına 10-dan çox təcili tibbi yardım avtomobili cəlb olunub.
Hadisə şahidləri və agentliyin mənbələri çoxlu sayda yaralının olduğunu bildirirlər, lakin zərərçəkənlərin dəqiq sayısı barədə rəsmi açıqlama verilmir.
Hava limanının rəhbərliyi sərnişinlərə yola düşməzdən əvvəl reyslərin statusunu birbaşa aviaşirkətlərdən dəqiqləşdirməyi tövsiyə edib.
Hadisə Yəmən husiləri tərəfindən intensivləşən hücumlar fonunda qeydə alınıb. Media vasitələrinin məlumatına görə, bu həftənin əvvəlində də Ər-Riyad aeroportu hücuma məruz qalıb və nəticədə insan tələfatı qeydə alınıb.
