Xəbər axtarın

Son axtarış nəticələri:

Günəşdə güclü partlayış baş verib

29.05.2026 22:33

Günəşdə güclü partlayış baş verib

Mayın 22-dən bu yana Günəşdə ilk dəfə sondan əvvəlki güc sinfinə aid olan partlayış qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“Mayın 29-da Moskva vaxtı ilə saat 10:22-də (Bakı vaxtı ilə saat 11:22 – red.) 4 455 günəş ləkəsi qrupunda (N13E66) rentgen diapazonunda 24 dəqiqə davam edən M1.2 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Sonuncu dəfə M2.4 güclü partlayışı mayın 22-də qeydə alınıb. Üstəlik, bu, Yerə doğru plazmanın atılması ilə müşayiət olunub.

Qeyd edək ki, günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur.

Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Paylaş: