
İordaniyanın cənubundakı Əl-Kərək əyalətinin Həmmud yaşayış məntəqəsində kilsəyə terror hücumu törətməkdə təqsirli bilinən üç nəfər barəsində çıxarılmış ölüm hökmləri qüvvədə saxlanılıb.
Primeinfo.az xəbər verir ki,bu barədə İordaniyanın PETRA Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
İordaniyanın Kassasiya Məhkəməsi eyni iş üzrə daha iki təqsirləndirilən şəxsə verilmiş müvafiq olaraq altı və üç il müddətinə azadlıqdan məhrumetmə cəzalarını da qüvvədə saxlayıb. Agentliyin məlumatına görə,Kassasiya Məhkəməsinin qərarından sonra hökmlər qəti qüvvəyə minib.
Qeyd edək ki, oktyabrın 23-də Əl-Kərək əyalətinin Həmmud yaşayış məntəqəsində yerləşən Müqəddəs Georgi pravoslav kilsəsinə terror hücumu törədilib. İordaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində doqquz nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb.
Hücumun iştirakçıları İordaniyanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.