Xəbər axtarın

Son axtarış nəticələri:

Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb

29.11.2026 20:45

Konqoda Eboladan ölənlərin sayı 6 000 nəfəri ötüb

Konqo Demokratik Respublikası tarixində ən böyük Ebola epidemiyasından ölənlərin sayı 6 025 nəfərə çatıb.

Primeinfo.az xəbər verir ki,bu barədə “Reuters” rəsmi məlumatlara istinadən məlumat yayıb.

Ölkənin səkkiz əyalətində təsdiqlənmiş yoluxma hallarının sayı 12 200-ü keçib.

Hazırkı, 17-ci Ebola epidemiyası mayın 15-də elan edilib. Buna hazırda təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu olmayan Bundibuqio virusu səbəb olur.

Hakimiyyət orqanlarının məlumatına görə, ölüm nisbəti təxminən 49 % təşkil edir. Bir çox xəstə tibbi yardıma çox gec müraciət edir və ya ümumiyyətlə müalicə olunmur. Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölüm hallarının 60 %-dən çoxu səhiyyə müəssisələrindən kənarda baş verir.

İnfeksiyanın yayılması maliyyə çatışmazlığı, səhiyyə müəssisələrinə ictimai inamsızlıq və bəzi bölgələrdə qeyri-sabitliklə əlaqədardır. Noyabrda bir neçə səhiyyə işçisi silahlı toqquşmalar səbəbindən İturi əyalətindəki xəstəxanada qalıb.

Hazırkı kütləvi yoluxma 2014-2016-cı illərdə Qərbi Afrikada 11 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyasından sonra ikinci ən böyük epidemiyadır.

Paylaş: