Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov: "Bununla bağlı Tallindən gözləntilərimiz var"

27.11.2026 13:08

Ceyhun Bayramov: "Bununla bağlı Tallindən gözləntilərimiz var"

Estoniyanın Azərbaycan-Aİ münasibətlərinə verəcəyi töhfələrlə bağlı gözləntilərimiz var.

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

“Bu gün hörmətli həmkarımla keçirdiyimiz müzakirələr zamanı ölkələrimizin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və əməkdaşlığı məsələlərinə toxunduq. BMT, ATƏT və NATO kimi təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq.

Müzakirələrimizin əsas istiqamətlərindən biri isə Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq və əməkdaşlıq məsələləri oldu. Estoniya bu istiqamətdə, xüsusilə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər. Bu sahədə Estoniyadan müəyyən gözləntilərimiz də var”, – nazir qeyd edib.

Paylaş: