Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistanda antiterror əməliyyatları: 12 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

26.11.2026 12:13

Pakistanda antiterror əməliyyatları: 12 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı 12 terrorçu öldürülüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun media qanadı olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr şöbəsinin açıqlamasında bildirilib.

Məlumata görə, noyabrın 20-dən 23-dək Nuşki, Sibi, Pəncqur və Keç rayonlarında kəşfiyyat məlumatları əsasında bir sıra əməliyyatlar keçirilib. Əməliyyatlar terrorçuların sığınacaqlarını və hərəkətlərini hədəfə alıb.

Bildirilib ki, noyabrın 20-də Nuşki rayonunda 8, noyabrın 21-də Sibi rayonunda 2 terrorçu öldürülüb. Pəncqur və Keç rayonlarında keçirilən ayrı-ayrı əməliyyatlar zamanı isə daha 2 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar zamanı silah və sursat da müsadirə edilib.

Pakistan təhlükəsizlik qüvvələri xaricdən maliyyələşdirilən terrorizmin aradan qaldırılması məqsədilə antiterror əməliyyatlarının davam etdiriləcəyini bəyan edib.

Paylaş: