Xəbər axtarın

Son axtarış nəticələri:

Kreml: "Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir"

25.11.2026 19:14

Kreml: "Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Nikol Paşinyan Rusiyaya səfəri zamanı dekabrın 21-də keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib-etməyəcəyini açıqlayacaq.

“Biz hələ bunu bilmirik. Bunu Paşinyandan soruşmaq lazımdır. Düşünürəm ki, Moskvada olduğu zaman o, sammitdə iştirak edib-etməyəcəyini açıqlayacaq”, – Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Paşinyanın Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.

Paylaş: